Diqqət - Philips AVENT SCF291 User Manual

Hide thumbs Also See for AVENT SCF291:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
- Qapaqdakı havalandırma dəliyindən və ya qapağı
götürdüyünüz zaman çıxan qaynar buxardan ehtiyatlı olun.
Buxar yanıqlara səbəb ola bilər.
- İstismar zamanı və ya istismardan qısa müddət sonra bazaya,
torbalara və qapağa toxunmayın, çünki onlar istifadə zamanı
qızır. Qapağı yalnız tutacağından tutaraq qaldırın.
- Cihaz istifadə edilərkən və ya içindəki su hələ də isti olarkən
cihazı heç vaxt tərpətməyin və açmayın.
- Cihaz istifadə edilərkən üstünə heç vaxt əşyalar qoymayın.
- Yalnız heç bir əlavəsi olmayan sudan istifadə edin.
- Cihaza ağardıcı və ya digər kimyəvi maddələr qoymayın.
- Su qabının üstündəki göstəricidən və ya 130 ml-dən artıq su
tökmək olmaz.
- Yalnız uşaq şüşələrini və bu cihaz üçün uyğun olan digər
əşyaları sterilizə edin. Sterilizə etmək istədiyiniz əşyaların bu
cihaz üçün uyğun olub-olmadığını yoxlamaq üçün istifadəçi
təlimatına nəzər salın.
- Cihazın işini dayandırmaq istəyirsinizsə, cihazı söndürmək üçün
söndür düyməsinə basın.
- Bu cihaz yalnız məişətdə istifadə üçün nəzərdə tutulub.
- Potensial zədənin qarşısını almaq üçün cihazı nəzərdə tutulmuş
məqsəddən başqa şeylər üçün istifadə etməyin.
Diqqət
- Heç vaxt digər istehsalçılara aid və ya Philips-in xüsusilə tövsiyə
etmədiyi aksesuar, yaxud hissələrdən istifadə etməyin. Bu cür
aksesuarlardan və ya hissələrdən istifadə etsəniz, zəmanətiniz
etibarsız olacaq.
- Cihazı həddindən artıq istiyə və ya birbaşa günəş şüalarının
təsirinə məruz qoymayın.
- Cihazı tərpətməzdən və ya saxlayacağınız yerə qoymazdan
əvvəl soyumasını gözləyin.
- İstifadə zamanı əlçatan səthlər isti ola bilər.
- Torbanın altındakı dəliklərdən düşə biləcək çox kiçik
əşyaları sterilizə etməyin.
- Azərbaycan 18 -

Advertisement

Table of Contents
loading

Table of Contents